Tokio, 22 yanvar , /AJMEDIA/
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 42-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 6 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.
Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.