Tokio, 18 yanvar , /AJMEDIA/
İndoneziyanın Halmahera adasının şərqində 7,2 bal gücündə zəlzələ olub.
AJMEDIA xəbər verir ki, bu barədə “Express” informasiya portalı məlumat yayıb. Ölkədə sunami təhlükəsi elan edilib. Yerli hakimiyyət orqanları sahilyanı rayonlarda yaşayan insanları diqqətli olmağa çağırıb. Sunami dalğaları episentrdən 300 kilometr məsafədə sahilə çata bilər.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri Tobelo şəhərindən 153 kilometr şimal-qərbdə yerləşib.
Hələlik mümkün dağıntılar və zərər çəkənlər barədə məlumat verilmir.