Növbəti TOEFL iBT imtahanı keçirilib

Tokio, 18 yanvar , /AJMEDIA/

Yanvarın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahanda 6 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının fevralın 4-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatla DİM-in saytındakı link vasitəsilə tanış olmaq olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts