Türkmənistanda 27 dərəcə şaxta qeydə alınıb

Tokio, 16 yanvar , /AJMEDIA/

Türkmənistanın bəzi şəhərlərində rekord dərəcədə aşağı temperatur qeydə alınıb. Belə ki, Türkmənabadda 1894-cü ildən bəri bütün müşahidə tarixi ərzində minimal hərarət rekord dərəcəyə çatıb.
AJMEDIA “Meteojurnal” nəşrinin məlumatına istinadla xəbər verir ki, cümə günü, yanvarın 13-də termometr sütunları mənfi 25,4 dərəcəni göstərib.
Sərhədabadda gecə 27 dərəcədən aşağı şaxta olub. Hazırkı qış bu şəhərdə 1969 və 2008-ci illəri çıxmaq şərtilə havanın bütün müşahidə tarixi ərzində ikinci ən soyuq qışdır. Bundan əvvəlki ən soyuq hava – mənfi 33,8 dərəcə yalnız 1905-ci ildə müşahidə olunub.
AZƏRTAC “ORIENT” saytına istinadla xəbər verir ki, Aşqabadda cümə günü minimal temperatur mənfi 16,4 dərəcə təşkil edib. Bu, paytaxt üçün rekord dərəcədə minimal temperaturdur.
Marı vilayətinin böyük hissəsi, Lebap vilayətinin cənub və mərkəzi rayonlarının bir hissəsi və Axalın cənub-şərqi də qeyri-səciyyəvi güclü şaxta zonasındadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts