Qırğızıstanda fonoqram oxumaq qadağan olundu

Tokio, 4 yanvar , /AJMEDIA/

Qırğızıstanda müğənnilərə fonoqram oxumaq qadağan edilib.
AJMEDIA xəbər verir ki, bununla bağlı Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov əmr imzalayıb.
2023-cü il yanvarın 1-dən qüvvəyə minən əmrə əsasən, Qırğızıstanda artistlərə kütləvi tədbirlərdə və bütün dövlət mədəni-maarif müəssisələrində fonoqram altında çıxış etmək qadağan olunur.
Fonoqramla bağlı qadağa teatrlarda, filarmoniya və konsert zallarında, kinoteatr, klub, muzey və kitabxanalarda, eləcə də idman müəssisələrində keçirilən tədbirlərə də şamil edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts