“Çelsi” klubu “Molde”nin hücumçusunu transfer edib

Tokio, 29 dekabr , /AJMEDIA/

İngiltərənin “Çelsi” klubu yeni transferini açıqlayıb.
AJMEDIA kluba istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi Norveçin “Molde” və Fil Dişi Sahili yığmasının hücumçusu David Fofan ilə müqavilə imzalayıb.
İyirmi yaşlı futbolçu yanvarın 1-dən yeni komandasına qoşulacaq.
Hücumçu cari mövsüm Norveç klubunun heyətində 29 matça çıxıb, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts