Türkiyədə futvolley üzrə “Qarabağ zəfəri kuboku” yarışı keçiriləcək

Tokio, 23 Oktyabr, /AJMEDIA/

Noyabrın 5-dən 8-dək Türkiyənin Alanya şəhərində beynəlxalq futvolley turniri keçiriləcək. “Qarabağ zəfəri kuboku” yarışı adı altında keçiriləcək yarış İkinci Qarabağ müharibəsində qazanılan Qələbəyə həsr olunacaq.

AJMEDIA xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Rusiya, İsrail, Fransa və Niderland futvolleyçiləri də mükafatlar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnir Dünya Futvolley Federasiyası, Azərbaycan FutNet Federasiyası və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts