Tokio, 14 dekabr , /AJMEDIA/
Dekabrın 16-da Bakıda keçiriləcək elektron ticarətə dair “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfransda iştirakçı sayı və çıxış edəcək spikerlər tam dəqiqləşib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AJMEDIA-ya bildirilib ki, beynəlxalq konfransda 300-dən artıq iştirakçı olacaq.
“PAŞA Bank” və Türkiyənin tanınmış “Trendyol” ticarət platformasının əsas təşkilatçılığı ilə reallaşacaq konfransda Türkiyə və Azərbaycanın elektron ticarət və rəqəmsal marketinq sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətləri iştirak edəcəklər.
Beynəlxalq konfransda 20-yə yaxın yerli və xarici spiker dinləniləcək. Bu spikerlər dünyada elektron və rəqəmsal ticarət üzrə və tanınan mütəxəssislərdir. Konfransda açılış nitqlərinin ardınca “Dünyadakı e-ticarət trendləri və uğur qazanmağın sirləri”, “E-ticarətdə doğru ödəniş infrastrukturunun seçilməsinin əhəmiyyəti”, “Sosial mediada qazandıran strategiyalar” mövzularında çıxışlar olacaq.
“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans “E-ticarət”in bütün sahələrini əhatə edəcək. Bura “Nağdsız ödənişlərin üstünlükləri”, “Fərdi marketinq”, “Azərbaycanda e-ticarətdə innovativ ödəniş sistemlərinin gələcəyi” adlı müzakirələr də daxildir.
Konfrans haqqında bütün məlumatları “https://www.ecomazerbaijan.com” internet səhifəsindən əldə etmək olar.