İndoneziyanın Yava adasında güclü zəlzələ baş verib

Tokio, 8 dekabr , /AJMEDIA/

Dekabrın 8-də yerli vaxtla saat 7:50 dəqiqədə İndoneziyanın Yava adasında 5,8 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Sukabumi rayonundan 22 kilometr cənub-şərqdə, ocağının 104 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts