Tokio, 20 Oktyabr, /AJMEDIA/
Oktyabrın 19-da təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Təhsil Nazirliyi ilə BMT-nin Bakı ofisi arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.