Tokio, 19 Oktyabr, /AJMEDIA/
“Gaming League Azerbaijan” “Xiaomi” şirkətinin dəstəyi ilə birgə kiber-idman üzrə iştirakçı sayına görə ölkənin ən böyük “Xiaomi Azerbaijan x PUBG Mobile Cup” uğrunda yarış keçirəcək.
AJMEDIA xəbər verir ki, ölkəmizin bütün regionlarını əhatə edəcək yarış onlayn formatda təşkil olunacaq və ümumilikdə 1500 qeymerin iştirakı gözlənilir.
Qeydiyyat üçün GLA-nın instaqram səhifəsində (@glahub) ətraflı məlumat almaq mümkündür.
Azərbaycanın ən populyar mobil oyunlarından biri olan “PUBG Mobile” üzrə turnirdə ölkə ərazisində yaşayan və yaşı 16-dan yuxarı olan bütün vətəndaşlar iştirak edə bilər.
Turnirin “PUBG Mobile” üzrə təşkili “Xiaomi” şirkəti tərəfindən dəstəklənib.
Oktyabrın 18-də başlayacaq yarış noyabrın 9-da başa çatacaq.
“Xiaomi Azerbaijan x PUBG Mobile Cup”ın qaliblərinə 3500 manat dəyərində mobil telefonlar və başqa hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycanda 2019-cu ildə yaranmış və kiber-idman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiber-idman çempionatı təşkil edib. Kiber-idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.