Qırğızıstanın daha iki bankı “Mir” kartlarına xidməti dayandırıb

Tokio, 4 noyabr , /AJMEDIA/

Qırğızıstanın daha iki kommersiya bankı Rusiyanın “Mir” kartları ilə əməliyyatları dayandırdığını bildirib.
AJMEDIA Qırğızıstan mediasına istinadla xəbər verir ki, “Optima Bank” və “Bay tuşum” bankları müştərilərinə Rusiyanın “Mir” kartları ilə əməliyyatları dayandırdıqları barədə xəbərdarlıq ünvanlayıb. Sentyabr ayından bəri Qırğızıstan banklarının əksəriyyəti “Mir” kartları ilə işləməkdən imtina edib.
Hazırda respublika ərazisində fəaliyyət göstərən 22 kommersiya bankından yalnız beşi “Mir” kartlarının qəbulunu davam etdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts