Tarix Muzeyində Şirvanşahlar dövrünə aid sikkə dəfinəsi qorunur

Tokio, 30 oktyabr , /AJMEDIA/

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1991-ci ildə Qırxçıraq ərazisində (Salyan rayonu) aşkarlanmış gümüş sikkələrdən ibarət dəfinə qorunur.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Dəfinə şirvanşah II Şeyx İbrahim ibn Fərrux Yəssarın (908 – 930 = 1502 – 1524) hakimiyyəti dövründə Şamaxı zərbxanasında (hicri 914 – 930 = 1508 – 1524-cü illərdə) zərb edilmiş gümüş ağçalardan ibarətdir. Gümüş ağçalara zərb yeri, zərb tarixindən əlavə hökmdarın adı və titulları (şeyx, ədalətli sultan) həkk edilib.
Numizmatik tədqiqatlara əsasən, II Şeyx İbrahim ibn Fərrux Yəssarın hakimiyyəti dövründə Şamaxıda fərqli tiplərdə gümüş ağçalar zərb edilib. Onun hakimiyyətinin ilk illərində belə sikkələrin çəkisi 1,58 qram olsa da, hakimiyyətinin sonuna doğru çəki 0,7 qramadək enib. Qırxçıraq sikkə dəfinəsi XVI əsrin I rübündə Azərbaycanın sosial-ictimai və iqtisadi vəziyyəti barədə məlumat toplamağa yardım edən dəyərli faktiki tapıntıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts