Ceyhun Bayramov: Ermənistanın Azərbaycan ərazilərində davamlı olaraq mina qoymasına qarşılıq verilməli və pislənilməlidir

Tokio, 9 oktyabr , /AJMEDIA/

Ermənistanın Azərbaycan ərazilərində bilərəkdən və davamlı olaraq mina qoymasına qarşılıq verilməli və bu, pislənilməlidir.
AJMEDIA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb.
“Minanın partlaması nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər mina qurbanı olub. Ermənistanın Azərbaycan ərazilərində bilərəkdən və davamlı olaraq mina qoymasına qarşılıq verilməli və pislənilməlidir! Minaları dayandırın”, – deyə nazir Ceyhun Bayramov qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts