İlk Prezident Günü Qazaxıstanın dövlət bayramları siyahısından çıxarılıb

Tokio, 29 sentyabr , /AJMEDIA/

Prezident Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına kinematoqrafiya, mədəniyyət və bayramlar məsələləri ilə bağlı dəyişikliklər və əlavələrin edilməsi haqqında” qanunu imzalayıb.
AJMEDIA Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
Yeni qanuna əsasən, dekabrın 1-də qeyd olunan İlk Prezident Günü dövlət bayramları siyahısından çıxarılıb. Eyni zamanda, oktyabrın 25-i Qazaxıstanda Respublika Günü milli bayram, dekabrın 16-sı isə Müstəqillik Günü isə dövlət bayramı kimi qeyd ediləcək.
Qazaxıstanda İlk Prezident Günü dövlət bayramları siyahısına 2011-ci ildə daxil edilmişdi. Belə ki, 1991-ci il dekabrın 1-də Nursultan Nazarbayev Qazaxıstanın ilk prezidenti seçilmişdi. Oktyabrın 25-də qeyd olunan Respublika Günü 2009-cu ildə bayramlar siyahısından çıxarılmışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts