Tokio, 11 sentyabr , /AJMEDIA/
Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.
AJMEDIA xəbər verir ki, festival çərçivəsində sentyabrın 29-da “Mayk del Ferro” kvartetinin “Enerji Club”da çıxışı olacaq.
Piano virtuozu Mayk del Ferro dəfələrlə Bakıda çıxış edib. O, 2002-ci ildə, düz 20 il əvvəl əfsanəvi qarmon ustası Tuts Tilemans ilə Bakıya gəlib.
Bu il Tuts Tilemansın 100 illik yubileyi (1922-2016) tamam olur. Bu münasibətlə Mayk del Ferro dünya miqyasında 10 il birlikdə eyni səhnəni bolüşdüyü əfsanəvi Tutsun sevərək ifa etdiyi mahnıların aranjimanlarını və Tuts ruhunda bəstələdiyi yeni repertuarını təqdim edəcək.