Yaponiya portalı Müslüm Maqomayevin Bakıda keçirilmiş yubiley tədbirlərindən yazıb

Tokio, 19 avqust , /AJMEDIA/

Yaponiyanın “ajmedia.jp” portalı dünyaşöhrətli müğənni, Azərbaycan mədəniyyətinin böyük təbliğatçısı Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar Bakıda təşkil edilmiş yubiley tədbirlərini işıqlandırıb.
AJMEDIA xəbər verir ki, yapon və ingilis dillərində yayılan məlumatlarda məşhur opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar məlumatlar əksini tapıb.
Məlumatlarda milyonların sevimlisinə çevrilmiş müğənninin Bakının Dənizkənarı Milli Parkında abidəsinin açılışı, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində çıxışı, həmçinin həmin gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş xatirə gecəsi barədə ətraflı bəhs olunub.
Bundan əlavə, məlumatlarda xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlərin nümayiş etdirildiyi qeyd edilib.
Görkəmli müğənni və bəstəkarın repertuarından mahnıların səsləndirildiyi, onun haqqında videoçarxların təqdim olunduğu bildirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts