Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə aid mövzular hazırlanıb

Tokio, 6 avqust , /AJMEDIA/

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.
Bu barədə AJMEDIA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər miq.edu.az saytında hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Xatırladaq ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts