Azərbaycan Respublikasının müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı olub

Tokio, 3 avqust , /AJMEDIA/

Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts