Tokio, 3 Oktyabr, /AJMEDIA/
Filippin Prezidenti Rodriqo Duterte vitse-prezident vəzifəsini tutmaq üçün namizədliyini irəli sürməyəcək və siyasətdən gedəcək.
AJMEDIA xəbər verir ki, bu barədə oktyabrın 2-də CNN Philipines telekanalı məlumat yayıb.
Xatırladaq ki, buna qədər R.Dutertenin “Filippin Demokratik Partiyası – Xalq hakimiyyəti” (PDP-Laban) partiyasının fraksiyalarından biri tərəfindən vitse-prezident olmaq üçün namizədliyinin irəli sürülməsinə razılıq verdiyi bildirilirdi. Filippin Konstitusiyasına əsasən, o, ikinci dəfə prezident vəzifəsini tutmaq iddiasında ola bilməz.
R.Dutertenin sözlərini sitat gətirən telekanalın yaydığı məlumatda bildirilir: “Xalqın iradəsinə tabe olaraq bu gün mən siyasətdən getdiyimi elan edirəm”.
Qeyd edək ki, Filippində növbəti prezident seçkiləri gələn il mayın 9-na təyin olunub.