Filippinin Abra əyalətində 7,3 bal gücündə zəlzələ olub

Tokio, 27 iyul , /AJMEDIA/

İyulun 27-də yerli vaxtla səhər saat 8:43 dəqiqədə Filippinin Luson adasında yerləşən Abra əyalətində 7,3 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb. Yeraltı təkanların Laqanqilaq bələdiyyəsindən 2 kilometr şimal-şərqdə, ocağının 25 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Mütəxəssislər ərazidə növbəti təkanların gözlənildiyi və mümkün dağıntılar barədə xəbərdarlıq ediblər.
Bununla yanaşı, sosial şəbəkələrdə zəlzələ anında çəkilmiş videolar və fotolar yayılmağa başlayıb. Həmin çəkilişlərdə insanların ofis binalarını sürətlə tərk etdiyi, bələdiyyə ərazisindəki bəzi binaların əyildiyi aydın görünür. Təbii Fəlakətlərin Aradan Qaldırılması və Risklər Barədə Xəbərdarlıq Milli Şurası hələlik zəlzələnin baş verməsi faktının qeydə alındığını bildirib. Dağıntılar və zərərçəkənlər barədə məlumatlar dərc edilməyib.
Yerli administrasiya hazırda yerlərdə vəziyyətin araşdırıldığını və məlumatların toplandığını bildirib.
Yeraltı təkanların paytaxt Manilada da həyəcan yaratdığı qeyd edilir. Manila metrosunun hərəkətinin dayandırıldığı, “Filippin Milli Dəmir yolu” operator şirkətinin yollarda yoxlamalar apardığı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts