“Elm və həyat” jurnalının AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalında iştirakına həsr olunmuş xüsusi buraxılışı nəşr edilib

Tokio, 21 iyul , /AJMEDIA/

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının AMEA-nın “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirakına həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, jurnalda “Elm, bilik və texnologiya bayramı”, “TEKNOFEST Azərbaycan” festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunmuş Rəyasət Heyətinin xüsusi iclası, akademik Arif Həşimovun AMEA Rəyasət Heyətinin xüsusi iclasında çıxışı, akademik İsa Həbibbəylinin “TEKNOFEST Azərbaycan” Azərbaycan və Türkiyə birliyinin elmi-texnoloji jestidir”, akademik Rasim Əliquliyevin “TEKNOFEST Azərbaycan” sərgisində İnformasiya Texnologiyaları İnstitutunun intellektual məhsulları nümayiş olundu” və digər məqalələr yer alıb.
Bundan əlavə, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “TEKNOFEST” sərgisində Riyaziyyat və Mexanika İnstitutu yeni texnologiyalarını təqdim etdi”, müxbir üzv Oktay Qasımovun “TEKNOFEST Azərbaycan”: Biofizika İnstitutunun iştirakı və yeni vəzifələri”, müxbir üzv İslam Mustafayevin “TEKNOFEST Azərbaycan” festivalında iki eksponatla təmsil olunduq”, texnika elmləri doktoru Nizami Mürsəlovun “Müəssisələrimizin birgə layihələri “TEKNOFEST Azərbaycan” sərgisində uğurla nümayiş edildi”, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasovun “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşdirəcək” və s. məqalələrlə tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts