Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üçün büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi ikinci oxunuşda təsdiqlənib

Tokio, 28 iyun , /AJMEDIA/

“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
AJMEDIA xəbər verir ki, qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyunun 28-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən Dövlət Sosial Müdafiə Fondunun 2022-ci ilin büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Fondun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılması təklif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts