Azərbaycan ilə Belçikanın Valoniya regionu arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb

Tokio, 25 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Vaqif Sadıqov bu ölkənin Valoniya regionun İqtisadiyyat, xarici ticarət, rəqəmsallaşma, kənd təsərrüfatı, şəhərsalma və regional planlaşdırma üzrə vitse-prezidenti Uilli Borsus ilə görüşüb.
AJMEDIA xəbər verir ki, görüşdə Azərbaycan ilə Belçika arasında iqtisadi-ticarət münasibətlərinin vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub. Həmçinin cari ilin noyabrında Valoniya regionu üzrə İxrac və Sərmayə Agentliyinin (AWEX) təşkilatçılığı ilə ölkəmizə nəzərdə tutulan ticarət missiyasının səmərəli təşkili məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts