UEFA Millətlər Liqası: Türkiyə millisi növbəti qələbəsini qazanıb

Tokio, 15 iyun , /AJMEDIA/

İyunun 14-də futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində dördüncü turun sonuncu görüşləri keçirilib.
AJMEDIA xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 12 qarşılaşma təşkil olunub.
A Liqasının 3-cü qrupunda Almaniya millisi İtaliyanı 5:2 hesabı ilə məğlub edib. İngiltərə Macarıstana 0:4 hesabı ilə uduzub. C Liqasının 1-ci qrupunda mübarizə aparan Türkiyə Litvaya qalib gəlib – 2:0.
Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

A Liqası
3-cü qrup
Almaniya – İtaliya – 5:2
İngiltərə – Macarıstan – 0:4
Xal durumu: Macarıstan – 7, Almaniya – 6, İtaliya – 5, İngiltərə – 2

4-cü qrup
Polşa – Belçika – 0:1
Niderland – Uels – 3:2
Xal durumu: Niderland – 10, Belçika – 7, Polşa – 4, Uels – 1.

B Liqası
1-ci qrup
Ermənistan – Şotlandiya – 1:4
Ukrayna – İrlandiya – 1:1
Xal durumu: Ukrayna – 7 (3 oyuna), Şotlandiya – 6 (3 oyuna), İrlandiya – 4 (4), Ermənistan – 3. (4)

B Liqası
3-cü qrup
Bosniya və Herseqovina – Finlandiya – 3:2
Rumıniya – Monteneqro – 0:3
Xal durumu: Bosniya və Herseqovina – 8, Monteneqro – 7, Finlandiya – 4, Rumıniya – 3.

C Liqası
1-ci qrup
Türkiyə – Litva – 2:0
Lüksemburq – Farer Adaları – 2:2
Xal durumu: Türkiyə – 12, Lüksemburq – 7, Farer adaları – 4, Litva – 0.

D Liqası
1-ci qrup
Moldova – Andorra – 2:1
Lixtenşteyn – Latviya – 0:2
Xal durumu: Latviya – 12, Moldova – 7, Andorra – 4, Lixtenşteyn – 0

Follow us on social

Facebook Twitter Youtube

Related Posts