Tokio, 25 Sentyabr, /AJMEDIA/
ABŞ prezidenti Cozef Bayden hesab edir ki, Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdır.
AJMEDIA-nın məlumatına görə, Hindistanın baş naziri Narendra Modi və ABŞ prezidenti arasında keçirilən görüşün yekunları üzrə Hindistanın xarici işlər nazirinin birinci müavini Harş Vardhan Şrinqla deyib.
O bildirib: “Bizim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında sədrliyimiz, xüsusilə Əfqanıstan məsələsində yüksək qiymətləndirildi. Prezident Cozef Bayden hesab edir ki, Hindistanın BMT Təhlükəsizlik Şurasında daimi yeri olmalıdır”.