Tokio, 23 may , /AJMEDIA/
Filippinin Luzon adasının sahillərində sürətli qayığın yanması nəticəsində 7 nəfər həlak olub.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, gəmidə 124 sərnişin olub, onlardan 105-i xilas edilib. Gəmi Polillo adasından ayrılaraq Luzon adasına doğru yola düşüb. Hadisə təyinat məntəqəsinə 1 kilometrdən az məsafə qalarkən baş verib.