Tokio, 12 aprel , /AJMEDIA/
Belçikada koronavirusun yeni variantı – “omikron” BA.4-ə yoluxma faktı qeydə alınıb. Koronavirus infeksiyasının yeni versiyası BA.4, eləcə də BA.5 artıq Cənubi Afrika, Botsvana, Almaniya, Danimarka və Böyük Britaniyada aşkar edilib.
AJMEDIA “Hürriyet”ə istinadla bildirir ki, yeni ştamın yayılma sürəti digər variantlara nisbətən daha yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “İnfeksiyaya qarşı peyvənd olunmuş insanlar “omikron”un yeni variantına yoluxa bilər, lakin peyvənd xəstəliyin ağırlaşmasının qarşısını alır”,- deyə bəyan edib.
Koronavirus infeksiyasının yeni variantlarına qarşı daha effektli vaksinlər sınaq mərhələsindədir. Peyvənd istehsalçıları tezliklə istehsal sürətini artıracaq.