İtaliya Əlcəzairdən təbii qaz tədarükünü artırır

Tokio, 11 aprel , /AJMEDIA/

İtaliya Əlcəzairdən təbii qaz idxalının artırılmasına dair müqavilə imzalayacaq.

AJMEDIA xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib.

“Baş nazir Mario Draqi ilə birgə Əlcəzairdə qaz müqaviləsi imzalayacağıq. Təəssüf ki, biz ölkə olaraq gecikmişik, çox erkən vaxtda qaz mənbələrini şaxələndirməli idik. Lakin bizim dünyada çoxlu tərəfdaşlarımız və dostlarımız var. Son ay yarımda mən Əlcəzair, Qətər, Konqo, Anqola, Mozambik və Azərbaycanda olmuşam. Bu ölkələr İtaliyaya təbii qaz tədarükünün artırılmasına hazırdırlar”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, bu gün imzalanması nəzərdə tutulan müqavilə çərçivəsində İtaliya Əlcəzairdən idxal etdiyi qazın həcmini 50 faiz artıracaq. Nəticədə Əlcəzair Rusiyanı qabaqlayaraq İtaliyanın ən böyük qaz tədarükçüsünə çevriləcək.

Şimali Afrika ölkəsi İtaliyaya hər il ixrac edəcəyi qazın həcmini 9-10 milyard kubmetr artıracaq. İtaliya 2021-ci ildə Rusiyadan 29 milyard kubmetr, Əlcəzairdən isə 21 milyard kubmetr qaz idxal edib.

İtaliyanın illik təbii qaz istehlakı təxminən 75 milyard kubmetrdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts