Volodimir Zelenski: Kramatorsk şəhərinin dəmiryol vağzalına “Toçka-U” raketi ilə zərbə endirilib

Tokio, 8 aprel , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin Donetsk vilayətinin Kramatorsk şəhərinin dəmiryol vağzalına “Toçka-U” raketi ilə zərbə endirdiyini bildirib.

AJMEDIA xəbər verir ki, bu barədə Volodimir Zelenski feysbukdakı səhifəsində məlumat verib.

“Kramatorsk dəmir yolu vağzalında minlərlə ukraynalı dinc sakin təxliyə gözlədiyi zaman ora “Toçka-U” raketi ilə vurulub, 30-a yaxın ölü, 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətləri alıb. Polis və xilasedicilər artıq hadisə yerindədirlər”, – deyə Zelenski əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts