Tokio, 5 aprel , /AJMEDIA/
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı olub.
AJMEDIA xəbər verir ki, telefon söhbəti zamanı Türkiyə-Serbiya münasibətləri və regional məsələlər müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan Aleksandr Vuçiçi yenidən Serbiya Prezidenti seçilməsi münasibətilə təbrik edib və seçki nəticələrinin dost Serbiya xalqı üçün xeyirli olmasını arzulayıb. Türkiyə Prezidenti uzun illərdir birgə qurduqları dostluq və səmərəli əməkdaşlığın Serbiya Prezidenti A.Vuçiçin yeni səlahiyyət müddətində həmrəylik və səmimiyyətlə daha da güclənəcəyinə inandığını bildirib.