Avstraliyanın cənubunda helikopter qəzaya uğrayıb

Tokio, 31 mart , /AJMEDIA/

Avstraliyanın cənub sahilində içərisində dörd sərnişinin olduğu helikopter qəzaya uğrayıb.

AJMEDIA Avstraliya KİV-lərinə istinadla xəbər verir ki, Viktoriya ştatının polis idarəsi hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatının davam etdiyini bildirir. Əlverişsiz hava şəraiti axtarış işlərini çətinləşdirir.

Polisin məlumatına görə, helikopter Melburn şəhərindən 80 kilometr şimalda yerləşən Dissapoyntment dağı yaxınlığında radarlardan itib. Qəza zamanı helikopterin göyərtəsində dörd sərnişinin və bir pilotun olduğu ehtimal edilir. Xilasedicilər qəzanın baş verdiyi əraziyə çata bilmədiyi üçün onların aqibətindən hələlik xəbər yoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts