Tokio, 26 mart , /AJMEDIA/
Yaponiya hökuməti UNICEF-in xətti ilə COVAX proqramı çərçivəsində Özbəkistana 200 min doza “AstraZeneca” peyvəndi göndərib.
AJMEDIA Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkəyə 62 milyon dozaya yaxın peyvənd gətirilib. Bunun təxminən 50 milyon dozası istifadə olunub. Bu ilin ortalarına qədər UNICEF-in xətti ilə COVAX proqramı çərçivəsində ölkəyə daha 24,6 milyon doza vaksin gətirilməsi planlaşdırılır.
Hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Sputnik Layt”, “Moderna”, “Sinovac” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə edilir.