Tokio, 26 mart , /AJMEDIA/
Martın 27-də Beynəlxalq Teatr Günü ilə əlaqədar özəl səhnə teatrında böyük teatr alimi, professor İsrafil İsrafilovla görüş keçiriləcək.
AJMEDIA xəbər verir ki, görüşdə özəl teatrların, o cümlədən səhnə teatrının inkişaf perspektivləri, tamaşaçıların teatrlara daha çox cəlb edilməsi və beynəlxalq teatr festivallarına çıxış yollarının araşdırılması müzakirə olunacaq.
Tədbirdə teatrın aktyorları ilə yanaşı, teatrla sıx əməkdaşlıq edən rejissorlar Əməkdar incəsənət xadimi Oruc Qurbanov, Elvin Mirzəyev, Namiq Ağayev və teatrın dostu Lalə Muradxanlı iştirak edəcəklər.
Sonda isə səhnə teatrının aktyorları üçün İsrafil İsrafilov ustad dərsi keçəcək.