Tokio, 25 mart , /AJMEDIA/
Naxçıvan Muxtar Respublikasında ekoloji monitorinq və dezinfeksiya tədbirləri davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti monitorinq Arpaçay Su Anbarı və Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksində keçirilib.
AJMEDIA xəbər verir ki, nazirliyin əməkdaşları su anbarından nümunələr götürüb, müasir fotofleks aparatı vasitəsilə ilkin analizlər aparıblar. Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları isə təlimata uyğun olaraq su anbarı ərazisində əhəngli-xlorlu məhlul vasitəsilə dərmanlama və dezinfeksiya işləri aparıblar.
Anbardakı nizamlayıcı qurğuların və kompleksi su ilə təmin edən boruların ətrafları dərmanlanıb. Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin ərazisi, buradakı sanitar qovşaqlar, yardımçı otaqlar, həmçinin kompleksə məxsus iş otaqları və mətbəx hissə dezinfeksiya edilib.