Tokio, 17 mart , /AJMEDIA/
“Pfizer” şirkətinin Baş direktoru Albert Burla bildirib ki, şirkət hazırda COVID-19-a qarşı öz vaksininin 4-cü dozasının zəruri olması barədə məlumatları Qida məhsullarının və dərmanların keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinə təqdim edir.
AJMEDIA xəbər verir ki, Burlanın sözlərinə görə onun şirkəti tərəfindən BioNTech-in köməyi ilə istehsal edilən vaksin ağır xəstəlikdən qoruyur, lakin onlar hesab edirlər ki, yoluxmanın qarşısını almaq üçün daha bir “buster” dozası zəruridir.
Burla Amerikanın “Face the Nation” televiziyasına müsahibəsində deyib: “Bizim fikrimizcə, elə indi 4-cü “buster” dozası zəruridir. 3-cü “buster”dən alınan müdafiə yaxşıdır, deyərdim ki, kifayət qədər yaxşıdır, lakin yoluxmamaq üçün daha bir doza lazımdır. Biz bütün məlumatların toplanmasını və qiymətləndirilməsini davam etdirəcək, virus inkişaf etdikcə COVID-19-a qarşı vaksinləmə strategiyasının hazırlanmasına kömək etmək üçün tənzimləyici orqanlar və səhiyyə orqanları ilə açıq dialoq saxlayacağıq”.
Burla bir qədər əvvəl bu şirkətin apardığı tədqiqatları “4-cü dozanın zəruri olması barədə məlumatların mühüm paketi” adlandırıb. Xəstəliklərə nəzarət və profilaktika mərkəzləri tərəfindən keçən ay dərc edilmiş məlumatlar COVID-19-a qarşı vaksinin yüksək effektivliyini göstərib.
Dörd-beş ay bundan əvvəl mPHK-vaksinlərinin 3-cü dozasını qəbul etmiş pasiyentlər arasında təxirəsalınmaz yardım üçün müraciətlərin sayı 66 faizə düşüb. Vaksin 78 faiz effektivdir. Burlanın sözlərinə görə şirkət 4-cü vaksindən əlavə daha bir yeni preparat yaratmağa çalışır. Bu preparat azı bir il ərzində “omikron” da daxil olmaqla virusun bütün variantlarından qorunmanı təmin edəcək.