Mixail Podolyak: Ukrayna və Rusiya arasında danışıqlar çox çətindir, lakin kompromis üçün imkanlar var

Tokio, 16 mart , /AJMEDIA/

Ukrayna və Rusiya danışıqları davam etdirəcək.

AJMEDIA xəbər verir ki, bu fikirləri danışıqlarda iştirak edən Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində bildirib.

“Biz müzakirələri davam etdirəcəyik. Ukrayna və Rusiya arasında danışıqlar çox çətindir, lakin kompromis üçün imkanlar var. Fasilə zamanı alt qruplarda iş davam edəcək”,-deyə M.Podolyak əlavə edib.

Xatırladaq ki, martın 15-də danışıqlar zamanı tərəflər əsas platforma üzrə məsləhətləşmələri bərpa etmək barədə razılığa gəliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts