Qırğızıstanın “Piramida” televiziya kanalında Azərbaycanla bağlı materiallar yayımlanıb

Tokio, 14 mart , /AJMEDIA/

Qırğızıstanın “Piramida” Dövlət Televiziya kanalında efirə gedən növbəti “Dostluq körpüsü” proqramının 135-ci buraxılışında Azərbaycanla bağlı geniş videomateriallar yayımlanıb.

AJMEDIA xəbər verir ki, soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlinin müəllifi və aparıcısı olduğu “Dostluq körpüsü” proqramının əvvəlində Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovun “Piramida” telekanalının rəhbəri Dooronbek Adaxanovla görüşü haqqında qırğız və rus dillərində süjet göstərilib. Səfir Azərbaycan-Qırğızıstan əlaqələrindən danışıb. Həmçinin telekanala ölkəmiz haqqında hər həftə materiallar təqdim etdiyi üçün təşəkkürünü bildirib.

Verilişdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Bahar çələngi” sərgisinin açılışı haqqında da reportaj yayımlanıb.

Proqramda keçən əsrin 30-cu illərində Qırğızıstana sürgün edilən və hazırda Bişkek yaxınlığındakı Sokuluk rayonunun Pervomaysk kəndində yaşayan, Həsən Bəy Zərdabi nəslindən olan 92 yaşlı Yetər Məlikova və onun ailə üzvlərinin faciəsi haqqında məlumatlar tamaşaçılara təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts