Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Şuşada keçirəcəyi tədbirlər müzakirə olunub

Tokio, 13 mart , /AJMEDIA/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Katibliyinin üzvlərinin Bolqarıstan Respublikasına səfəri çərçivəsində mərkəzin sabiq prezidentləri Rozen Plevneliyev və Petar Stoyanovla görüşü keçirilib.

Mərkəzin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri P.Stoyanov və R.Plevneliyev ilə IX Qlobal Bakı Forumuna hazırlıq prosesi, Mərkəzin Şuşada keçirəcəyi tədbirlər və Yunanıstanda, ABŞ, Çin və Belçikada təşkil ediləcək yüksək səviyyəli toplantılar barədə danışılıb. Həmçinin dünyanın diqqət mərkəzində olan Ukraynadakı vəziyyətlə əlaqədar yaranan humanitar böhran, Mərkəzin Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, “Peoples Vaccine” Alyansı ilə əməkdaşlıq çərçivəsindəki layihələr barədə fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts