Nizami və Danteyə həsr olunan beynəlxalq elmi konfransın materialları toplu halında çapdan çıxıb

Tokio, 12 mart , /AJMEDIA/

Dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik və İtaliyanın tanınmış şairi Dantenin 700 illik yubileyləri çərçivəsində onlayn formatda “Nizami və Dante: Mədəniyyətlərdə ortaq və fərqli məqamlar” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransın materialları toplu halında nəşr edilib.

Fəlsəfə və Sosiologiya İnstitutundan AJMEDIA-ya bildirilib ki, müəssisənin baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin “Nizami irsi və bizim dərkimiz” mövzusunda məruzəsi də topluda yer alıb.

Qeyd edək ki, konfransda azərbaycanlı alimlərlə yanaşı, 12 ölkədən 40-a yaxın alim iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts