“Aşıq Ələsgər və Azərbaycan folkloru” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tokio, 11 mart , /AJMEDIA/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda keçirilmiş yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bu barədə AJMEDIA-ya BŞTİ-dən bildirilib. Aşıq Ələsgər irsinə hər zaman yüksək dəyər verildiyini söyləyən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycanın böyük saz və söz ustadının anadan olmasının 200 illiyinin qeyd edilməsinin bütövlükdə aşıq sənətinə göstərilən qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Müsabiqənin əhəmiyyətindən danışan idarə müdiri Azərbaycan aşıq poeziyasının, saz ifaçılığının zənginləşməsinə böyük təkan verən, yüksək sənətkarlığı ilə aşıq sənətimizin şöhrətini bütün türk dünyasına yayan Aşıq Ələsgər irsini yetişən nəsillərə sevdirmək, şagirdlərdə milli-mənəvi dəyərlərimizə sədaqət hissini aşılamaq baxımından yüksək qiymətləndirib.

Daha sonra müsabiqə qaliblərinə idarə tərəfindən diplom və hədiyyələr verilib, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə “Tərifnamə” ilə təltif edilib.

Tədbirdə müsabiqə qaliblərinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim olunub. Qeyd edək ki, müsabiqənin əsas məqsədi “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts