Yeni Zelandiya hökuməti milli radionu və televiziyanı birləşdirərək vahid media şirkət yaradır

Tokio, 10 mart , /AJMEDIA/

Yeni Zelandiya hökuməti “New Zealand Television” (TVNZ) teleşirkətini və “Radio New Zealand” (RNZ) radiostansiyasını birləşdirərək vahid media şirkəti yaradır.

AJMEDIA xəbər verir ki, bu barədə martın 10-da Yeni Zelandiyanın yayım naziri Kris Faafoy məlumat verib.

“Yeni Zelandiya sakinləri üçün yüksəkkeyfiyyətli, müstəqil, vaxtında və aktual media kontentləri yayan dövlət KİV-i fövqəladə əhəmiyyətə malikdir. Hökumət RNZ-nin və TVNZ-nin ən yaxşı cəhətlərini özündə birləşdirən yeni təşkilat yaradacaq və bu, müstəqil və etibarlı informasiya təqdim edən medianın lazım olan bütün xüsusiyyətlərinə malik olacaq”, – deyə nazir bildirib.

K.Faafoy, həmçinin qeyd edib ki, birləşmənin səbəbi Yeni Zelandiyanın dövlət mediasının auditoriyanı saxlamaq və rəqəmsal platformalarla rəqabət aparmaq üçün üzləşdiyi təzyiqlə əlaqədardır.

Yeni media şirkətinin tam dövlət büdcəsi hesabına maliyyələşəcəyi, lakin redaksiya müstəqilliyini saxlayacağı qeyd edilir.

“Yeni şirkətin strukturunun formalaşmasına, birləşmə prosesinə və nizamnamənin yaradılmasına nəzarət etmək üçün hökumət yeni media şurası təyin edəcək”, – deyə K.Faafoy fikrini yekunlaşdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts