Tokio, 10 mart , /AJMEDIA/
Türkiyənin vasitəçiliyi ilə Antalya Diplomatiya Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı arasında görüş başa çatıb.
AJMEDIA xəbər verir ki, görüş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Antalyanın məşhur “Regnum Carya” otelində keçirilib.
Görüşdən əvvəl Türkiyə xarici işlər naziri ilə Ukrayna və Rusiyanın xarici işlər nazirləri arasında ayrı-ayrılıqda görüşlər keçirilib.
Üçtərəfli görüşdən sonra nazirlər Sergey Lavrov və Dmitri Kuleba müzakirələrin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.