Cənubi Koreyada prezident seçkisində məğlub olan hakim partiyanın rəhbərliyi istefa verib

Tokio, 10 mart , /AJMEDIA/

Cənubi Koreyada hakim Demokrat Partiyasının rəhbərliyi kütləvi formada istefa verib.

AJMEDIA yerli mediaya istinadla xəbər verir ki, partiyanın sədri Sonq Yunq-cil bu qərarın martın 9-da keçirilmiş prezident seçkisində Demokratik Partiyanın namizədi Li Ce-myonqun əsas müxalif qüvvə olan Xalqın Gücü Partiyasından Yun Sok-yola məğlub olmasından sonra qəbul olunduğunu açıqlayıb.

“Biz xalqın səsvermədə ifadə etdiyi qərara hörmətlə yanaşırıq və nəticələri təvazökarlıqla qəbul edirik”, – deyən hakim Demokrat Partiyasının sədri prezident seçkisində partiyasının məğlubiyyətində özünü cavabdeh bilərək istefa verdiyini deyib. O, partiya rəhbərliyində təmsil olunan digər şəxslərin də istefa qərarı verdiyini bildirib.

Sədr vəzifəsi üçün martın 25-də keçiriləcək seçkiyədək partiyanı fövqəladə komitə idarə edəcək.

Qeyd edək ki, Cənubi Koreyanın Milli Seçki Komissiyasının məlumatına əsasən, Xalqın Gücü Partiyasının namizədi Yun Sok-yol səsvermədə iştirak etmiş seçicilərin 48,56 faizinin səsini toplayaraq, ölkənin 20-ci prezidenti seçilib. Hakim Demokrat Partiyasının namizədi Li Ce-myonq isə 47,83 faiz səs toplayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts