“Eurovision 2022”də İtaliyanı “Mahmood&Blanco” qrupu təmsil edəcək

Tokio, 10 mart , /AJMEDIA/

“Eurovision 2022” mahnı müsabiqəsində İtaliyanı “Mahmood&Blanco” qrupu təmsil edəcək.

AJMEDIA xəbər verir ki, ev sahibi İtaliya birbaşa finaldan yarışmaya qoşulacaq və “Mahmood&Blanco” qrupu “Brividi” mahnısı ilə səhnəyə çıxacaq.

“Mahmood&Blanco” qrupu bu ilin fevralında İtaliyada keçirilən 72-ci Sanremo musiqi festivalının qalibi olub.

Xatırladaq ki, 66-cı “Eurovision” mahnı müsabiqəsi İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə may ayında keçiriləcək. Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “RAI” televiziya kanalının təşkilatçılığı ilə keçiriləcək dünyanın ən böyük canlı musiqi tədbirində bu il 40 ölkə iştirak edəcək. “Eurovision 2022”nin yarımfinalları mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts