Tokio, 7 mart , /AJMEDIA/
Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi İradə Qurbanova 12-ci dünya yaş qrupları yarışlarında qızıl medal qazanan qadın qrupumuzun çıxışları ilə bağlı fikirlərini bölüşüb.
AJMEDIA Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, İradə Qurbanova idmançılarımızın onlara bəslənilən ümidləri doğrultduğunu söyləyib. Bildirib ki, rəqiblər çox güclü idi.
“İlk altılıqda yer alan komandaların hər biri qızıl medala potensial namizəd idilər. İdmançılarımızın əsas üstünlüyü elementləri dəqiq icra etmələri oldu. Bundan əlavə, komandamızın üzvləri çətin elementlərin icrası ilə seçilirdi. Gimnastlarımız icra etdikləri orijinal elementlər sayəsində gözlədiyimizdən də yüksək xal qazandılar”,- deyə baş məşqçisi vurğulayıb.