Azərbaycanda şənlik mərasimlərində say məhdudiyyəti ləğv olunub

Tokio, 6 mart , /AJMEDIA/

Martın 6-dan Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilib.

AJMEDIA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qərara əsasən, həmçinin dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti aradan qaldırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts