Tokio, 4 mart , /AJMEDIA/
Ukraynanın şərqində yerləşən Zaporojye atom elektrik stansiyasının (AES) təlim-tədris korpusunda baş verən yanğın söndürülüb.
AJMEDIA Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.