Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

Tokio, 27 fevral, /AJMEDIA/

Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksey Reznikov arasında telefon danışığı olub.

AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata əsasən, nazirlər telefon danışığı zamanı Ukraynadakı son hadisələri müzakirə ediblər.

Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardım göstərilməsi baxımından üzərinə düşəni etməyə davam edəcəyini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts