Avstriyada inflyasiya 1984-cü ildən bəri ən yüksək həddə çatıb

Tokio, 24 fevral, /AJMEDIA/

Enerji daşıyıcılarının qiymətinin yüksəlməsi Avstriyada inflyasiyanı 1984-cü ildən bəri ən yüksək həddə çatdırıb.

AJMEDIA xəbər verir ki, ötən ilin dekabr ayında inflyasiya 4,3 faiz, bu ilin yanvar ayında isə illik müqayisədə 5 faiz olub. Avstriya Statistika İdarəsinin baş direktoru Tobias Tomas bildirib ki, inflyasiyanın yüksək səviyyədə olması ilk növbədə dünya bazarlarında enerji daşıyıcılarının qiyməti ilə əlaqədardır.

Bildirilib ki, 2021-ci ilin yanvar ayı ilə müqayisədə istixana üçün mazut 45,8 faiz, təbii qaz 41 faiz, dizel 30,8 faiz, benzin 28,2 faiz bahalaşıb. Bahalaşma gündəlik tələbat mallarında 4,9 faiz, otel və restoran qiymətlərində 6,3 faiz, nəqliyyat və kirayə qiymətlərində isə 1,8 faiz olub.

Statistika İdarəsinin məlumatına görə, dünya bazarlarında enerji qiymətlərinin yüksək olması qarşıdakı aylarda da inflyasiya səviyyəsinə təsir göstərəcək. Mart ayında illik inflyasiya ilə bağlı növbəti proqnozlaşdırma aparılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts